İranlı din xadimi HƏMAS-ı qınadı

17:39 13 Oktyabr 2023

İsrailin məhv ediləcəyi ilə bağlı səsləndirilən fikirlər absurddur.

Sitat.info xəbər verir ki, bunu Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin sünni məzhəbli din xadimi Mövləvi Əbdülhəmid cümə namazındakı çıxışı zamanı deyib.

Din xadimi dünya dövlətləri və ictimaiyyətini insaflı davranmağa, tərəf tutmadan problemin həlli üçün səfərbər olmağa çağırıb:

“İsrail və fələstinlilər arasında münaqişə 70 ildən uzun müddətdir var. Bu məsələdən bir çox ölkə öz mənafeyi üçün istifadə edib”.

O, dolayısı yolla HƏMAS-ın İsrailin dinc sakinlərinə qarşı hərəkətlərini pisləyib:

“Beynəlxalq qaydalara riayət etmədən radikal davranıb, qadınlara, uşaqlara qarşı təcavüz edib və onları öldürən müsəlmanı gözü bağlı şəkildə dəstəkləyə bilmərik. Müsəlmanlar beynəlxalq qayda-qanun və prinsiplərə tabe olmalıdır”.

Qeyd edək ki, İranın dini lideri Əli Xamenei və bəzi İran rəsmiləri birmənalı şəkildə HƏMAS-ın hücumlarını dəstəklədiklərini açıqlayıb.



Xəbər xətti