Bakıda Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilir.
Sitat.info xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Baş nazirin müavinləri, nazirlər, agentlik və komitə sədrləri, Milli Məclisin deputatları iştirak edirlər.
Toplantını giriş sözü ilə açan Baş nazir Əli Əsədov qeyd edib ki, Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi illiyi tamam olur: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.
Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib”.
Konfrans davam edir.