Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olması ilə bağlı sənədin ratifikasiya olunması üçün parlamentə göndərilməsinə razılıq verib.
Sitat.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq sənədlə bağlı detalları isə açıqlamayıb.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələ ki NATO-ya qəbul edilməyib.