Fidan Lavrovla Qəzzanı müzakirə etdi

14:28 16 Oktyabr 2023

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Söhbət zamanı Fələstin və İsrail kontekstində baş verən son hadisələr müzakirə edilib”, - məlumatda bildirilib./Axar.az



Xəbər xətti