Babayanın Qarabağ çıxışı – İrəvan cinayət işi açdı

14:44 16 Oktyabr 2023

  

Ermənistan Baş Prokurorluğu separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın ifadələri əsasında cinayət işi açıb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, iş Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə - 550-ci (hərbi vəziyyət, müharibə və ya döyüş zamanı komandir və ya vəzifəli şəxs tərəfindən xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə), habelə 545-ci (təslim olma və ya hərbi xidmətdən imtina etmə) başlanıb.

Qeyd edək ki, bundan əvvəl Babayanın Ermənistan mediasına verdiyi açıqlamalar ciddi müzakirə və hiddətə səbəb olub./Axar.az



Xəbər xətti