Bakının Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Yaqut Himayət qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Anar Malik oğlu Həşimov könüllü olaraq polisə gələrək təslim olub, o, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.