Almaniya 40 Rusiya diplomatını ölkədən çıxarır

21:24 4 Aprel 2022

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirliyinin 40 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

Bununla bağlı nazirliyin açıqladığı məlumatda həmin əməkdaşların Almaniya üçün arzuolunmaz şəxs – persona-non-qrata olduqları bildirilir: “Federal hökumət Rusiya səfirliyinin əməkdaşlarının mühüm hissəsini hər gün bizim azadlığımıza, cəmiyyətin birliyinə qarşı mübarizə aparan arzuolunmaz şəxs elan etmək qərarına gəlib”.

Almaniya XİN qərarın bu gün Rusiya səfirinə təqdim edildiyini bildirib. Nazirliyin açıqlamasında həmçinin Ukraynaya hərbi yardımın gücləndiriləcəyi qeyd olunub: “Biz Rusiyaya qarşı sanksiyaları daha da kəskinləşdirəcək, Ukrayna silahlı qüvvələrinə dəstəyimizi gücləndirəcək, NATO-nun Şərq cinahının möhkəmləndirilməsi üçün ciddi addımlar atacağıq”.

Qeyd edək ki, artıq Avropa Birliyinin əksər ölkələri Rusiya diplomatlarının sayını kəskin azaltmağa başlayıblar. Latviya, Litva və Estoniya isə öz səfirlərini Moskvadan gedir çağırıb, Rusiya səfirlərinə ölkələri tərk etmələrini bildiriblər...

/Musavat.com



Xəbər xətti