Azərbaycanın Baş prokuroru Kamran Əliyev Vəkillər Kollegiyasının sədri Anar Bağırovu təltif edib.
Sitat.info xəbər verir ki, bu barədə Kollegiyanın sədri A.Bağırov şəxsi şəxsi feysbuk hesabında məlumat paylaşıb.
"Bildirmək istərdim ki, Azərbaycan Respublikasının Baş prokuroru hörmətli cənab Kamran Əliyevin əmri ilə "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif edilmişəm.
Vəkillik və prokurorluq institutu ədalət mühakiməsinin ən mühüm institutlarındandır. Bu institutlar arasında hər zaman səmərəli əməkdaşlıq mövcud olmalıdır. Ədalət mühakiməsinin bu iki tərəfi arasındakı əməkdaşlıq yanlız və yalnız ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına xidmət göstərir. Belə ki, Baş prokuror Kamran Əliyev tərəfindən ardıcıl olaraq vəkillik təsisatına diqqət nümayiş etdirilib, məhz hörmətli cənab Baş prokurorun təşəbbüsü ilə prokurorluqla vəkilliyin dialoq platformasının yaradılmasına şərait yaradılıb.
Kamran Əliyev Baş prokuror kimi fəaliyyətinin ilk günündən etibarən vəkilliyə müstəsna diqqət göstərib, xüsusilə Kollegiya tərəfindən göndərilən müraciətlərə hər zaman həssaslıqla yanaşıb. Eyni zamanda ikitərəfli əməkdaşlıq çərçivəsində 2019-cu ildə Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında anlaşma Memorandumu imzalanmışdır. Hazıra Kollegiya Baş Prokuror yanında Elmi-Məsləhət Şurasında təmsil olunur.
Vəkilliyə göstərilən diqqət və qayğıya, həmçinin təltifə görə cənab Kamran Əliyevə Azərbaycan Vəkil Korpusu adından bir daha təşəkkür edirəm!", - Kollegiya sədri paylaşımında bildirib.
Sitat.info