Hazırda Mariupol şəhərinin mövcud infrastrukturunun 90 faizi dağıdılıb, onun 40 faizi də bərpa oluna bilməz.
Bunu şəhər meri Vadim Boyçenko mətbuat konfransında bildirib.
“Bu gün humanitar fəlakət həddindəyik. Şəhər bir aydan çoxdur işıq, su, qaz, ərzaq, dava-dərman üzünə həsrətdir”, - şəhər başçısı deyib.
Mer Mariupola gələn bütün humanitar yüklərin Rusiya hərbçiləri tərəfindən əngəlləndiyini də qeyd edib. Onun dediyinə görə, şəhər sakinlərinin təxliyəsi üçün göndərilən avtobusların heç biri gəlib çıxmayıb.
“Hazırda şəhərdə 100 mindən çox əhali təxliyə olunmalıdır. Bunun üçün hər şey edirik, amma mümkün deyil”, - Mariupol meri əlavə edib.
Boyçenko şəhərdə qalan sakinləri çıxartmaq üçün dünya birliyini birgə səy göstərməyə çağırıb.//UNİAN