İranın cənubunda 5,3 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 61,5 km şimalda olub. Təkanların 10 km dərinlikdə yerləşdiyi bildirilir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.