Türkiyənin Azərbaycandakı səfiri Füzuliyə GETDİ

12:55 17 Oktyabr 2023

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Füzuli rayonuna gedib.

Sitat.info xəbər verir ki, o, bu barədə tvitter hesabında bildirib.

"Qələbənin və Füzulinin erməni işğalından azad edilməsinin üçüncü ilində Füzuli yolundayıq. Biz Qarabağın yenidən qurulmasının, inkişafının, qardaşlarımızın öz vətənlərinə qayıtmasının şahidi olacağıq", - diplomat yazıb.



Xəbər xətti