Təcili! Paşinyan təsdiqlədi: İlin sonuna qədər Azərbaycanla sülh sazişi bağlamağa hazırıq!

14:48 17 Oktyabr 2023

 Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqlayıb.

“Biz bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”, o, Avropa Parlamentində deyib.

O qeyd edib ki, İrəvan ölkələrin suverenliyinə əsaslanan regional kommunikasiyaları blokdan çıxarmağa və Azərbaycan yüklərinin və sərnişinlərinin Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etməyə hazırdır.

“Bizim regionun sülhə ehtiyacı var, onun regiondakı bütün ölkələrin açıq sərhədlər şəraitində yaşadığı bir vəziyyətə ehtiyacı var”, - Paşinyan bildirib.

O, həmçinin bildirib ki, Ermənistan Avropa İttifaqı ilə münasibətləri regional münasibətlərə qarşı qoymadan dərinləşdirmək niyyətindədir. Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədində monitorinq aparan Avropa İttifaqının mülki monitorinq missiyasının simasında Ermənistanla Aİ arasında münasibətlərə “təhlükəsizlik elementi” əlavə edilib.

Paşinyan Ermənistan və Aİ arasında münasibətlərin “yüksək dinamikası” barədə danışıb və qeyd edib ki, “demokratiya Ermənistanın strateji seçimidir”. “Aydındır ki, Aİ təsisatları arasında münasibətlərin dərinləşdirilməsi üçün konsensus var”, o əlavə edib.

Nərgiz,

Sitat.info



Xəbər xətti