Bakıya tranzit üçün sadələşmiş rejimə hazırıq

18:15 17 Oktyabr 2023

Ermənistan regionda kommunikasiyaların açılacağı təqdirdə öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib.

“Bütün kommunikasiyalar ölkələrin suverenliyi prinsipi çərçivəsində açılarsa, Ermənistan prosedurları sadələşdirməyə hazırdır. Qarşılıqlı olacağına ümid edərək ərazimizdən keçərkən Azərbaycandan gələn yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin etməyə hazırıq”, - Paşinyan bildirib.



Xəbər xətti