Putinin Pekinə səfəri Ukraynanı narahat etdi

09:00 18 Oktyabr 2023

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri Ukrayna üçün müəyyən risklər daşıyır.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

O qeyd edib ki, Putinin istənilən səfəri onun yarada biləcəyi bütün risklərlə bağlı diqqətlə izlənilir:

"Bu isə təbii ki, bizim üçün müəyyən risklər daşıyır. Ona görə də Ukrayna sadəcə olaraq monitorinq aparmır, həm də müxtəlif ssenarilər hazırlayır".

Xatırladaq ki, Vladimir Putin "Bir kəmər - bir yol" forumunda iştirak etmək üçün ötən gün Pekinə səfər edib.



Xəbər xətti