İsrail ordusu Qəzzada HƏMAS-ın daha iki komandirini məhv edib.
Sita.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, HƏMAS-ın tank əleyhinə müdafiə sistemləri bölməsinin rəhbəri Məhəmməd Avdallah və silah alverçisi, HƏMAS dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi İsrail ordusunun endirdiyi zərbələr nəticəsində ölüb.