Əliyev Xankəndidə dünyaya bunu göstərdi - Solonnikov

13:35 18 Oktyabr 2023

Cənubi Qafqazda sağlam təmas, sağlam inteqrasiya yaransa, Ermənistanla konstruktiv qarşılıqlı fəaliyyət başlasa və Zəngəzur dəhlizi açılsa, Rusiya və Azərbaycan üçün yaxşı olardı.

Sitat.info xəbər verir ki, bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Bu gün Moskva-Bakı Moskva-İrəvandan daha konstruktiv qarşılıqlı faydalı tərəfdaşlardır. Eyni zamanda, Rusiya Ermənistanın ayrılmasının qarşısını almağa çalışır. Mənə elə gəlir ki, bu mühüm məqamdır: Qərb həmişə müxtəlif beynəlxalq münaqişələri dalana dirəməyə çalışır. İstənilən ziddiyyət sona çatmalıdır, əbədi qalmamalıdır, bunun bir sonu olmalıdır”, - o bildirib.

Solonnikov qeyd edib ki, Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, münaqişədə son nöqtənin qoyula bilməsi çox vacibdir:

“Bunun necə ola biləcəyini İlham Əliyev Xankəndidə göstərdi. Bu vacibdir. Bu, müasir dünya tarixində unikal hadisədir. Rusiya indiki vəziyyətdə Azərbaycanı dəstəklədi. Qərb isə Ermənistan-Azərbaycan məsələsinin bir tərəfinə özünü Ermənistanla, digər tərəfinə isə Azərbaycan və Rusiyanı qoymağa çalışır. Qərb öz sevimli “su hövzəsi” taktikasından istifadə etməkdə davam edir: “Kim bizimlə deyilsə, bizə qarşıdır”. Putin MDB sammitində yenə deyib ki, Qərb Rusiyanı dostlarına, müttəfiqlərinə və tərəfdaşlarına qarşı qoymağa çalışır. Bizim gördüyümüz budur”./Axar.az



Xəbər xətti