Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib.
Sitat.info xəbər verir ki, bu barədə nazirlik X sosial şəbəkə hesabında paylaşım edib.
“İki bədəndə bir can: Türkiyə-Azərbaycan! Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, asil Azərbaycan xalqını salamlayırıq. Qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə -Azərbaycan qardaşlığı”, - paylaşımda qeyd edilib.