İran Prezidenti İbrahim Rəisi Qəzza zolağında xəstəxananın bombalanmasında İsrail və ABŞ-ı günahlandıraraq qisasla təhdid edib.
Sitat.info xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb.
“Bu gecə Qəzzada Əl-Muamdani (Əl-Əhli) xəstəxanasında yaralı fələstinli qurbanların üzərinə atılan Amerika-İsrail bombalarının alovu tezliklə sionistləri bürüyəcək”, - Rəisi yazıb.
Qeyd edək ki, dünən Qəzzadakı xəstəxananın raketlə vurması nəticəsində 800-dən çox mülki insan həyatını itirib. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.
İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib.