Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan sosial media hesabından paylaşım edib; “Qəzzada təkcə günahsız dinc sakinlər, günahsız qadınlar və uşaqlar yox, Qəzzada bütün bəşəriyyətin vicdanı və mərhəməti ölür.
Sitat.info xəbər verir ki, Əminə Ərdoğan sözlərini belə davam etdirdi:
"2009-cu ildə İstanbulda "Fələstində Qadınlar Sülh Toplantısı"nda liderlərin həyat yoldaşları ilə bir araya gəldik və canlarından alınan günahsızlar üçün dünyaya səsləndik. Həmin günlərdə Qəzzada kədər və göz yaşları hökm sürdü və acı içində böyük bir insanlıq faciəsinin şahidi olduq.Türkiyə olaraq zalımın qarşısına çıxdıq, dünyaya “barış” dedik. Qışqırırdıq. Yenə eyni yerdəyik. Bu zülmü seyr edən insanlığa səslənirəm; Qəzzada uçurtmalar uçsun, bombalar yox! Uşaqların səsi ucalsın, ağrılı qışqırıqlar deyil! Səmanı tüstü deyil , buludlar örtsün! Türkiyə məzlum və günahsızların səsi olub Qəzza xalqına kömək əlini uzatmağa davam edir. Beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa dəvət edirəm və ümid edirəm ki, bir daha qan tökülməyəcək".
Nərgiz,
Sitat.info