Bakıda yerləşən 292 nömrəli məktəbin qarşısındakı velosipedlər sosial şəbəkədə maraqla qarşılanıb.
Sitat.info Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paylaşım edib.
O, şagirdlərin məktəbə velosipedlə gəlib-getdiklərini bildirib:
“292 nömrəli məktəbdə maraqlı mənzərə ilə qarşlaşdıq. Uşaqlar məktəbə kütləvi şəkildə velosipedlə gəlib-gedirlər. Məktəbdə xüsusi velosiped meydançası da yaradılıb.
Dövlətin Bakı şəhəri Binə qəsəbəsində uşaqlar üçün yaratdığı müasir məktəbdə belə ürəkaçan görüntülər sevindiricidir”.