BMT-nin Baş katibi Antonio Quterreş sabah, oktyabrın 20-də Misirlə Qəzza arasında yerləşən "Rəfah" keçid məntəqəsinə gedəcək.
Sitat.info xəbər verir ki, bu barədə Misirin “Əl Hədah” telekanalı məlumat yayıb.
O, bölgədəki durumla tanış olacaq.
Qeyd edək ki, Misirin Prezidenti Abdülfəttah Əl-Sisi “Rəfah” sərhəd-buraxılış məntəqəsinin Qəzza zolağına humanitar yük daşıyan 20 avtomobil üçün açılmasına razılaşıb.