Əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O qeyd edib ki, hazırda Bakıda parklanma və tıxac problemi yaşanır.
Deputat bildirib ki, avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar maşınları binaların həyətlərində saxlayırlar:
“Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”.