Fələstin lideri Mahmud Abbas ABŞ Prezidenti Co Baydenin oktyabrın 18-də İsrailə səfəri zamanı onunla telefon danışığından da imtina edib.
Sita.info xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu Ramallahdakı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri oktyabrın 18-də liderlər arasında telefon danışığı təşkil etmək istəyiblər, lakin Abbas bundan imtina edib.
Qeyd edək ki, Qəzzadakı “Əl-Əhli” xəstəxanasına raket zərbəsi və yüzlərlə ölən səbəbindən Mahmud Abbas Co Baydenlə sammitdən də imtina etmişdi.