İran inqilabının rəhbəri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni HƏMAS-ın İsrailə hücumunu təqdir edib.
Siat.info xəbər verir ki, o, bu barədə mediaya açıqlamasında bildirib.
“HƏMAS-ın İsrailə hücum əməliyyatı Xomeyninin əkdiyi toxumların məhsuludur”, - kiçik Xomeyni deyib.
Qeyd edək ki, İsrail dövlətinin yer üzündən silinməsi fikri və tələbini ilk dəfə Ruhullah Xomeyni irəli sürüb.