Ermənistan Azərbaycandan sülh razılaşması ilə bağlı təkliflər paketi alıb.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Vaan Kostanyan məlumat verib.
"Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki tərəfimizdən cavab göndərilməyib, müzakirələr davam edir", - V.Kostanyan qeyd edib.