Tovuzda bıçaqlanma hadisəsi olub.
Sitat.info xəbər verir ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı - 2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevaya xəsarətlər yetirib.
Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.