DİN-dən xəbərdarlıq: Bu bildirişlərə aldanmayın!

11:15 23 Oktyabr 2023

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Sitat.info müraciətin mətnini təqdim edir:

“Son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır.

Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir.

Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanmışdır.

Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur”.



Xəbər xətti