Həbs olunaraq Bakıya gətirilən separatçıbaşı, azərbaycanlılara qarşı qətliamlarda aktiv iştirak edən qondarma və keçmiş “dqr”in keçmiş “rəhbəri” Bako Saakyanın kimliyi haqda erməni bloger Roman Baqdasaryan maraqlı video-çarx hazırlayıb.
Sitat.info xəbər verir ki, Bako Saakyan üçün “ən xarakterik” cəhəd onun çilingər işləməsi, heç vaxt hansısa idarəetmədə olmamasıdır.
Baqdasaryanın süjetində onun tərcümeyi-halı belə təqdim edilir:
“Bako Saakyan iylənmiş siçovul kimi gedib bütün sirlərilə birgə Azərbaycan polisinə təslim oldu. Bir çoxları Saakyanı tanıyır, bir çoxları isə onu tanıdığını fikirləşir. Gəlin, Bako Saakaynın kim olduğuna baxaq.
1960-cı ildə Xankəndidə doğulub. 13 il “artsax hakimiyyətində” olub. Təsəvvür edirsiniz, 13 il kresloda olub? 1981-cil ildə Xankəndidə 9 saylı Mexanikləşdirilmiş İstehsalat Zavodunda çilingər-mexanik, 1982-ci ildə Xankəndi Tikinti Materialları Zavoduna daşqıran işçi kimi işə qəbul olunub. 1983-1987-ci illərdə Qədim abidələrin bərpası elmi şöbəsinin Xankəndi filialında usta bərpaçı, 1987-1990-cı illərdə rayon təchizat idarəsində tədarükçü işləyib.
Saakayan içən, narkotik istifadə edən və söyüş söyən adi işçi olub, vəssalam. Onun tərcümeyi-halında başqa heç nə yoxdur. 1990-cı ildə o, “dqr özünümüdafiə qüvvələri” sıralarına qoşulub. 1993-cü illərdən 1997-ci ilədək “müdafiə ordusunda” müəyyən “vəzifələr” tutub, meyitlərin üzərindən keçib ki, öz karyerasını qura bilsin. 1997-ci illərdə “10-cu dağ atıcı diviziyasının komandirinin maddi-texniki təminat üzrə müavini” olub. 1997-1999-cu illərdə “Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi” işləyib. Ermənistan parlamentində baş verən qətliamda fəal iştirak edib və həmin hadisəni tənqid edənlərlə sərt şəkildə məşğul olub. 1999-2001-ci illərdə “dqr daxili işlər naziri”, 2001-2007-ci illərdə “dqr milli təhlükəsizlik naziri vəzifələrində” çalışıb. 2007-ci il iyulun 19-da o, “dqr prezidenti” seçilib. Maxinasiya yolu ilə 2020-ci ilədək “hakimiyyətdə” qalıb. “Hakimiyyəti” ərzində Saakyan bir çox insanı həbsə salıb, iş adamlarına işgəncə verib, onun cangüdənləri isə kütləvi şəkildə insanları döyüblər. Saakyan Ağdərədə 43 şəxsin saxta nikahı üzərində pul qazanıb. Levon Ayropetyanı aldadıb. Levon ona inanırdı və bütün tikintini ona həvalə etmişdi. Saakyan özünü Levonun dostu kimi aparırdı və bütün tikinti şirkətlərinin tenderlərini onun mafiyası idarə edirdi. Tikintiyə əlavə 40% xərc yazılırdı və bu Qarabağ tiranı Saakyanın cibinə gedirdir. O, bu illər ərzində xalqı qarət edirdi, vergiödəyicilərini heçə sayırdı. Saakyan bütün kəndlilərdən xəstəlik adı ilə inəkləri yığıb əvəzində 40-50 min dram verirdi ki, öz manapoliyasını yaratsın. Bunu kəndlilərə qarşı 1988-ci illərdə heç Azərbaycan etmirdi. Məhz Saakyan Şuşa və digər Qarabağ həbsxanalarında cəhənnəm yaratdı. Burada tabe olmayan erməniləri döyüb öldürürdülər. Saakyanın diktaturası altında neçə əsgərin öldürüldüyünü isə saymaq mümkün deyil. O, ABŞ-a gedir və xalq adından marafonlarda pul yığırdı. Əhalini qarət edən Saakyan bunları sübut edəcək sənədləri də yandırdı. İnsanların bədbəxtlikləri üzərindən özünə pul yığan oğru və əclaf Saakyanda müqəddəs heç nə yox idi. O, heç vaxt ağıllı və güclü insanlara tab gətirmirdi, çünki onların qarşısında bir heç olduğunu bilirdi. Bütün hadisələrdə özünü qorxaq çaqqal kimi aparırdı. 2016-cı il aprelin 2-də başlayan 4 günlük müharibədə Saakyan zirzəmidə gizləndi və 4 gün sonra üzə çıxdı. Dördgünlük müharibə zamanı Qarabağdan 40 mindən çox insan qaçdı və onlardan 21 mindən çoxu geri qayıtmadı. Onda da “müdafiə ordusunun” hazırlıqsızlığı üzə çıxdı, biabırçı məğlubiyyətdə 100-dən çox əsgər öldü. Saakyan izah etmədi ki, niyə ancaq Ermənistandan olan əsgərlər öldü, Qarabağ varlılarının uşaqları hara qaçdı. Saakyan orduda Ermənistandan gələnləri və Qarabağdan olanları iki hissəyə bölürdü. “Hərbi xidmətə çağıran qurum” isə Qarabağdakı gəncləri əsgərlikdən azad edib dünyalar qədər pul alırdılar.
Saakyan 2018-ci ildən sonra Paşinyana nifrət etməyə başladı. O, Nikolun arxasınca danışıb üzünə gülürdü. Qarabağı Paşinaya qarşı çevirirdi. Saakyan süni olaraq Şahramanyanı da “hakimiyyətə” gətirdi. O, Qarabağ uşaqlarını ən alçaldıcı şəkildə məhv etdi. Saakyanın dövründə nə məktəb, nə də uşaq baxçası quruldu. Qocalara və uşaqlara tüpürən Saakyan pulları hesabına əxlaqsızlardan ibarət hərəmxana düzəltdi. Onun bu işlərini arvadı da bilridi. Saakyanın İrəvanda böyük obyektləri var. Bunlardan biri “Ramada” otelidir. Həmin oteldə heç bir qarabağlı üçün bir otaq belə verilmədi. O, “hakimiyyəti” ərzində iş adamlarını məhv etdi, əhalini qarət etdi. Onları əydi, sındırdı. İndi isə onun Azərbaycan hüquq-mühafizə orqanları qarşısında sınmasının, əyilməsinin vaxtı çatıb”.