Gənclərin sevimli içki markası olan “Bizon”un yeni premium məhsulu ölkəmizdə satışa çıxarılıb.
Sitat.info xəbər verir ki, "Premiumu kəşf et!" sloqanı ilə təqdim olunan “Bizon” içkisinin “White Diamond” buraxılışının siması özünəməxsus səsi, musiqi tərzi və zövqü ilə hər zaman fərqlənən Elnur Hüseynov olub. “Bizon” markası Elnur Hüseynovla ərsəyə gətirdiyi reklam çarxı ilə alıcılarına premiumu təqdim edib.
Videonu https://www.youtube.com/watch?v=BjujGLxXXh0 linkinə daxil olaraq izləyə bilərsiniz.
Elnur Hüseynov bundan sonra marka siması kimi müxtəlif maraqlı, əyləncəli, qeyri-adi və musiqi dolu yeni layihələrə imza atacaq.
Qeyd edək ki, “Bizon White Diamond” bazara təqdim edilən zaman Bakıda ilk "White Party" keçirilmiş, tədbir gənclər arasında səs salmış və minlərlə insan iştirak etmişdi.
Məlumat üçün bildirək ki, “Bizon” markası 2015- ci ildə yaradılıb və qısa bir dövrdə böyük inkişaf yolu keçib. Milli markamız “Bizon” hər zaman alıcıların rəğbətini qazanıb. Markaya daxil olan məhsullar bütün yaş kateqoriyası üzrə insanlar tərəfindən istehlak edilir.