3+3 təşəbbüsü çərçivəsində xarici işlər nazirlərinin Tehran görüşü İranın qonşuluq siyasətinin davamı və tamamlanmasıdır. Regionçuluq və çarpaz məqsədli regional mexanizmlər yeni dünya düzəninin xarakterik əlamətləridir.
Sitat.info xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində qeyd edib.
“Regiondankənar qüvvələrin Qafqazda olması və müdaxiləsi qadağandır”, - o bildirib.
Qeyd edək ki, hazırda Ermənistan müdafiə naziri Fransadadır. Onun Fransa müdafiə naziri ilə hərbi əməkdaşlığın genişləndirilməsi və silah satışı ilə bağlı saziş imzalayacağı gözlənilir.
Həmçinin Ermənistan ötən ay ABŞ ilə birgə 9 günlük hərbi təlimlər keçirib.