Rusiyanın növbəti hədəfi Dneprdir” – NATO-nun keçmiş komandanı

12:50 5 Aprel 2022

“Rusiyanın növbəti hədəfi Dnepr şəhəridir”.

SİTAT.İNFO Azpost.info-ya istinadən  xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Uesli Klark CNN-ə bildirib.

“Bundan sonra nə olacaq? Əgər ruslar Dneprə çata bilsələr, Donbasda separatçıları saxlayan Ukrayna qüvvələrinin qarşısını kəsəcəklər. Rusiyanın növbəti hədəfi bu qüvvələri mühasirəyə almaq, məhv etməkdir. Həmin qüvvələr isə Ukrayna ordusunun əhəmiyyətli bir hissəsidir”, – general deyib.

Bunun baş verməməsi üçün Klark Ukraynaya təkcə “Javelin” tank əleyhinə raketləri və “Stinger” hava hücumundan müdafiə sistemləri deyil, həm də ağır silahların verilməsinə çağırıb.



Xəbər xətti