Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.
Sitat.info xəbər verir ki, bu barədə "Mouze" Teleqram kanalın məlumat yayıb.
Həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha bir nəfər - Kərbəlayi Vilayət həbs edilib.
Kərbəlayi Vilayət narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.
Qeyd edək ki, ötən gün həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən Kərbəlayi Tofiq həbs edilib.