İtaliya mafiyasının liderlərindən biri, 67 yaşlı Cüzeppe Sqanqa Gürcüstanda saxlanılıb.
Sitat.info xəbər verir ki, Sqanqanın saxlanılma faktını Gürcüstanın Baş prokuroru İrakli Şotadze də təsdiqləyib.
Onun sözlərinə görə, hazırda ekstradisiya prosesi gedir.
2020-ci ildə Sqanqa vətənində qiyabi olaraq təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib, beynəlxalq axtarışa verilib. İtaliyada mafiya işi çərçivəsində onun üç qardaşı, eləcə də mafiya ilə əlaqədə ittiham olunan bir neçə keçmiş asayiş keşikçisi məhkum edilib. İstintaq müəyyən edib ki, assosiasiyaya daxil olan şəxslər Turində cinayət fəaliyyəti ilə məşğul olublar.