İran parlamentinin nümayəndə heyəti Parlamentlərarası Birliyin (PAB) açılış mərasimini tərk edib.
Sitat.info xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
Buna səbəb Dünya Parlamentlərarası Birliyinin Prezidenti Duarte Paçekonun çıxışı zamanı HƏMAS-ı terror qruplaşdırması adlandırması olub.
İran parlamentinin sədr müavini Müctəba Zülnurinin başçılıq etdiyi nümayəndə heyəti isə buna etiraz olaraq Parlamentlərarası Birliyin 147-ci iclasını tərk edib.
Qeyd edək ki, Anqolada keçirilən sammitdə 120-dən çox ölkənin və müxtəlif rəsmilərin, o cümlədən ev sahibi ölkənin prezidenti, vitse-prezidenti, parlament sədri və digər rəsmiləri, bir sıra beynəlxalq təşkilatlar və müşahidəçilər iştirak edib./Axar.az