Fransada səfərdə olan Ermənistan müdafiə naziri Suren Papikyan bu gün Fransa Senatını ziyarət edib.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Papikyan Senatın vitse-prezidenti Pyer Uzulias, Senatın Beynəlxalq məsələlər, müdafiə və silahlı qüvvələr komitəsinin sədri və Fransa-Ermənistan dostluq qrupunun sədri Jilber-Lyuk Devinazla görüşüb.
Görüşdə Ermənistan-Fransa ikitərəfli müdafiə əməkdaşlığı və regional təhlükəsizlik məsələləri müzakirə edilib.