Bir aylıq fasilədən sonra Nikol Paşinyanın rəhbərliyi ilə “Mülki Müqavilə”nin üzvləri kollegiya iclası keçirib. Paşinyan və parlament üzvləri üçün əsas məsələ hakimiyyətin qorunub saxlanmasıdır.
Sitat.info xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Paşinyan kollegiya iclasında komanda yoldaşlarına deyib ki, ruslar hakimiyyəti ondan almaq istəyirlər, ona görə də onu qorumaq üçün sərt və aydın addımlar atmaq lazımdır. Paşinyan erməni cəmiyyətində antirusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb. Planlarına çatmaq üçün o, bütün resurslardan istifadə etməyə və bu tezislərin istənilən platformada təbliğinə göstəriş verib”, - məlumatda deyilir.