Xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə keçirilməsi nəzərdə tutulan məhkəmə iclası təxirə salınıb.
Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a onun vəkili Səlahəddin Cəfərov məlumat verib.
Məhkəmə vəkilin verdiyi kassasiya şikayətinə əlavənin ətraflı araşdırılması üçün təxirə salınıb.
Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.