Qəzzada ölənlərin sayı artdı

17:00 25 Oktyabr 2023

İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 6500-ü ötüb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 6546 nəfərə çatıb. Onlardan 2704-ü uşaq, 1584-ü qadındır. Daha 17 439 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.



Xəbər xətti