İsrail Müdafiə Qüvvələri tanklardan istifadə edərək Qəzza zolağına daxil olub.
Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, bu, quru əməliyyatına hazırlıq məqsədilə həyata keçirilib:
“Əməliyyat zamanı əsgərlər terrorçuların infrastrukturunun və tank əleyhinə raket buraxılış qurğularının yerini müəyyənləşdirib onlara hücum edib, döyüş meydanını hazırlayıblar. Daha sonra əsgərlər ərazini tərk ediblər”.