ABŞ-da daha bir qanlı olay: 5 nəfər öldürüldü

00:10 27 Oktyabr 2023

ABŞ-ın Şimali Karolina ştatının Sempson dairəsində silahlı insidentdə 5 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Bildirilib ki, hadisənin qurbanı yaşı 50-80 arası olan dörd kişi və bir qadın olub.

İlkin ehtimala görə, olayın baş verdiyi ev narkotik ticarəti üçün istifadə olunmuş ola bilər.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən silahlı olayda 22 nəfər ölmüş, 60-ı yaralanmışdı.



Xəbər xətti