ABŞ Azərbaycan ilə Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.
Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Düşünürəm ki, bu iki ölkə arasında sülhün təmin olunması həm onların, həm də regionun və bütün dünyanın maraqlarına uyğundur. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - Miller qeyd edib.