Türkiyə vətəndaşını Bakıda avtomobil vurub.
Sitat.info xəbər verir ki, oktyabrın 26-da saat 22:20 radələrində 1997-ci il təvəllüdlü Məhəmməd Aydın oğlu Tağıyev idarə etdiyi "Mersedes E Klass" markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 26 ünvanında hərəkətdə olarkən yolu keçən piyada - 1980-ci il təvəllüdlü Türkiyə vətəndaşı Sabit Bildini vurub.
O, hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.