Siyarto Ramilə görə kəsilən əlaqələri yenidən qurur

14:14 27 Oktyabr 2023

Macarıstan Ermənistanda konsulluq açmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Bu gün mən nazirdən (Ararat Mirzoyan – red.) İrəvanda Macarıstanın konsulluğunun açılmasını xahiş etdim. Ölkələrimiz arasında əlaqəni təmin etmək məqsədilə Budapeşti öz uçuş siyahısına əlavə etmək üçün “Wizz Air” ilə əlaqə saxlayacağıq”, - o bildirib.

O vurğulayıb ki, Macarıstan Qarabağdan Ermənistana könüllü köçən ailələrə yardım kimi 40 milyon forint (110 min dollar) ayırmaq niyyətindədir.

Qeyd edək ki, İrəvan 2012-ci ilin avqustunda Budapeştlə diplomatik münasibətləri dayandırıb. Buna səbəb Budapeştdə həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun Bakıya ekstradisiyası idi.



Xəbər xətti