Qarabağ məsələsinə görə çox təəssüflənirəm, mən sülh tərəfdarıyam.
Sitat.info xəbər verir ki, bu sözləri Ermənistanın baş prokurorunun keçmiş müavini, sabiq hərbi prokuror general Qagik Cangiryan deyib.
“İndi fərqli nəsil yetişib. Onların ataları, babaları döyüşüb, bu gün də nəvələr döyüşür. Qonşularımızla münaqişənin əsrlər boyu davam etməsini istəyirsiniz? Bir yerdə dayanmaq lazımdır. Qonşularla barışmağın vaxtıdır”, - Cangiryan bildirib.