Paşinyan kütləvi tədbirlərdə iştirak etmir - Hraparak

13:30 28 Oktyabr 2023

Ermənistanın Baş naziri Nikol Paşinyan kütləvi tədbirlərdən qaçır.

Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, baş nazir bir gün əvvəl 1999-cu il oktyabrın 27-də parlamentdə terror aktı qurbanlarının xatirəsini həlak olanların qohumlarından ayrı olaraq yad edib. Hökumət bunun səbəbini qəzetə izah edə bilməyib. Hətta parlament onun gəlişindən az əvvəl xəbər tutub.

“Baş naziri bir neçə yüz mühafizəçi qorusa da, ictimai tədbirlərdən, yöndəmsiz suallardan və təhlükəsizlik səbəbindən qaçır”, - qəzet yazıb.



Xəbər xətti