Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi

14:09 28 Oktyabr 2023

Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailova başsağlığı məktubu göndərib.

Sitat.info xəbər verir ki, Ə.Əsədov Karaqandada şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin təəssüf hissi ilə qarşıladığını bildirib.

Məktubda Qazaxıstanın baş nazirinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətində "ArselorMittalTemirtau" Səhmdar Cəmiyyətinə məxsus şaxtada partlayış olub.

Rəsmi məlumatlara görə, ölən şaxtaçıların sayı 28 nəfərə çatıb.



Xəbər xətti