Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilib - FOTOLAR

22:30 29 Oktyabr 2023

Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə oktyabrın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.

Sitat.info xəbər verir ki, rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdən fotoları təqdim edirik. 




Xəbər xətti