Cahit Bağcı: "Cümhuriyyətimizin 100 ilini qardaş Azərbaycanda keçirməkdən qürurluyuq"

22:44 29 Oktyabr 2023

Hədəfimiz növbəti 100 ildə Türkiyəni dünyanın iqtisadi cəhətdən 10 ən güclü ölkələr sırasına daxil etməkdir
Sitat.info xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.

"Cümhuriyyətimizin qurulmasının 100 illiyini qeyd edirik. Çox vacib bir dövrdür.

Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş bugünkü tədbir yüz il ərzində güclənən Türkiyənin yeni bir yüzilliyə qədəm qoymasını ifadə edir. Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün "mənim ən böyük əsərim Cümhuriyyətdir" dediyi dövlətimizi 100 il ərzində gücləndirdik. Böyük bir Türkiyə halına gətirdik, demokratik və suveren bir Türkiyə qurduq. Növbəti 100 ildə Türkiyəni dünyanın iqtisadi cəhətdən 10 ən güclü ölkələr sırasına daxil etməkdir. Bugün 100 illiyini qeyd edən Türkiyə öz sözünü deyən bir ölkəyə çevrilib və bu uğurlara olmağımızda dövlət xadimlərimizin, xüsusilə də son 20 ildə dövlət başçımız Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var. Türkiyə masa sahibi ölkələrdən biridir, nə dediyimiz dinlənilir və güclü bir ölkə inşa etməyə nail olmuşuq", - deyə diplomat bildirib.



Xəbər xətti