Ermənistan rəhbərliyi bundan imtina etməlidir!

11:31 30 Oktyabr 2023

Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı nifrət bəsləməkdən imtina etməli və reallıqları öz ictimaiyyətinə çatdırmalıdır.

Sitat.info xəbər verir ki, bunu Baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında deyib.

O xatırladıb ki, qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb:

"I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqları aparılmaqdadır. Eyni zamanda 44 günlük müharibə və postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq aparılır. Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin həlak olması və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının hazırda istintaqı hazırda davam etdirilir".



Xəbər xətti