İngiltərədə naməlum şəxs məscidə hücum etdi

14:40 30 Oktyabr 2023

İngiltərədə Oksford Mərkəzi Məscidi hücuma məruz qalıb. Naməlum şəxs məscidə tərəf iki banka benzin atıb, üzərində – İsrail Müdafiə Qüvvələrinin ingiliscə abreviaturası yazılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məscidin yaydığı bəyanatda qeyd olunur ki, Böyük Britaniya vaxtı ilə səhər saat 10:30-da velosipedlə məscidin darvazasına gələn şəxs qapının üstündən üzərində “İsrail Müdafiə Qüvvələri” yazısı olan iki benzin qutusunu məscidə tərəf atıb.

Bəyanatda ötən həftə müsəlman icmasının üzvünə balta ilə hücum edildiyi də xatırladılır:

“Təəssüflə bildiririk ki, keçən həftə baş və qol nahiyəsindən balta ilə vurulmuş icma üzvümüzlə bağlı iyrənc islamofob hadisədən sonra bu gün məscidə naməlum şəxs tərəfindən hücum edilib”./Axar.az



Xəbər xətti